OPTİMA ŞİRKƏTLƏR QRUPU

Xidmət sektorunun inkişafına töhfə:Restoran, kafe biznesinin idarə olunmasına dair seminar

https://www.youtube.com/watch?v=RamO6xsus04

Şirkətimiz tərəfindən “Baku Marriott Hotel Boulevard”ın konfrans zalında restoran, kafe, “fastfood” biznesinizin müasir intellektual onlayn idarə olunması üçün iiko proqram təminatının imkanlarına dair seminar keçirilib. OPTİMA GROUP” olaraq bu sahə üzrə sertifikatlı professional mütəxəssisləri və iiko şirkətinin nümayəndələri ilə birlikdə intellektual uçot sisteminin yeni imkanları: “bulud” üzərindən onlayn formada alışlar və inventarizasiya proseslərinin idarə edilməsi, satışların planlaşdırılması və proqnozlaşdırılması, sistem bildirişləri, analitika və hesabatlar, bonus və loyallıq sistemi, anbar uçotu və hesabatların qurulması haqqında məlumat verilmişdir. Seminarda biznesə yeni baxışın və biznesin gəlirliyini artırmaq üçün onun yeni üsullarla idarə olunmasının nə dərəcədə önəmli olması haqqında danışılıb. Bundan əlavə seminarın gedişatı zamanı restoran və mağaza sahibləri bu sahədə öz problemlərini bölüşüb, seminar mütəxəssislərinə suallarını yönəldiblər. Seminar iştirakçılara hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.Şirkətimiz müştərilərə biznes mövqeyini möhkəmləndirməyə imkan verən müasir avadanlıq, şirkətin və xarici istehsalçıların proqram təminatını təklif edir. İxtisaslaşmış heyət, müştərilərlə iş əsnasında keyfiyyətin yüksək standartı, 19 illik iş təcrübəsi – bütün bunlar “OPTİMA GROUP” şirkətinin əsas dəyərləridir. “OPTIMA” şirkətlər qrupunun 2020-ci ildən etibarən Azərbaycanda rəsmi tərəfdaşı və əsas fəaliyyət istiqamətlərindən biri olan - restoranların, kafelərin, barların və digər iaşə formatlarının avtomatlaşdırılması tapşırıqları üçün iiko onlayn restoran idarəetmə sistemini təklif edir. iiko restoran biznesinin kassa aparatını, anbarı, işçi heyətini, mətbəxi, maliyyəni, hesabatı - hamısını vahid sistemdə avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış ERP sinif sistemidir.


04-Avq-2022 1197

Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27