1Password verdiyi açıqlamasında tezliklə biometrik əsaslı keçid texnologiyasından istifadə etməyə başlayacağını açıqladı. Keçid açarları sayəsində 1Password hesabları yaradılaraq sistemə daxil olmaq mümkün olacaq.
Keçid açarı nədir?
Keçid açarlarını qısaca parollara müasir alternativ kimi təsvir etmək olar. Keçid açarları açıq standartlar üzərində qurulub, istifadəsi daha asan, oğurlanması və ya sındırılması daha çətin olacaq və daxil olmağı daha sürətli və daha təhlükəsiz etmək üçün nəzərdə tutulub. “Apple”, “Google” və “Microsoft” kimi şirkətlər artıq keçid açarı inteqrasiyalarını elan ediblər.
1Password-un parol olmadan açılması yeni bir şey deyil. Artıq biometrika əsaslanan alətlərlə (FaceID, Windows Hello, Android Barmaq izi) tətbiqə daxil olmaq mümkündür. Bununla belə, biometrika bu gün nə qədər faydalı olsada, əslində parolu əvəz etmir; sadəcə maskalayırlar. Digər tərəfdən keçid açarı unikal biometrik məlumatlarınızdan istifadə edir və tamamilə parolsuz istifadə təklif edir. Şifrə idarəetmə proqramı olan 1Password-dan parol olmadan istifadə etmək qəribə görünsə də, əslində bu, ən etibarlı yoldur.
1Password deyir ki, onlar bu yay keçid açarı funksiyasını təqdim edəcəklər və əsasən yeni profil yaradarkən ön plana çıxaracaqlar. 1Password bir gecədə tamamilə parolsuz istifadəyə keçməyəcək, lakin şirkətin baş məhsul direktoru Steve Won bu xüsusiyyəti vurğulayacaqlarını bildirir. Bundan əlavə, 1Password bildirir ki, istifadəçi tərəfindən yaradılan parollardan fərqli olaraq keçid açarları cihazlarda yaradılacaq, saxlanılacaq və bulud xidməti ilə paylaşılmayacaq.