Bildiyiniz kimi bu yaxınlarda Türkiyə və Suriya ərazisində ardıcıl zəlzələlər baş verərək yerli əhaliyə böyük zərər verdi. 10 minlərlər insan evlərini itirdi, yaralandı və vəfat etdi. Bu tibb təbii fəlakətlərin nə vaxt olacağını bilmək mümkün olmasada “Zəlzələdən əvvəl”, “Zəlzələ zamanı” və “Zəlzələ sonras”ında ala biləcəyimiz tədbirlərlə zəlzələyə hazır ola bilərik.
Zəlzələdən əvvəl
Biz ilk növbədə yaşadığımız yerləri təhlükəsiz hala gətirməliyik. Şkaflar və yıxıla biləcək oxşar əşyalar, sobalar və digər qızdırıcı cihazlar möhkəm materiallarla divara və ya döşəməyə bərkidilməlidir.
İkincisi, biz fövqəladə vəziyyət planı hazırlamalıyıq. Evdə, işdə, mənzildə, məktəbdə hər kəsin iştirakı ilə fövqəladə hal planı hazırlanmalı, həmin vəziyyətdə necə əlaqə saxlanacağı bərasində qərar verilməlidir.
Biz zəlzələ dəsti hazırlamalıyıq. Evdə, işdə və avtomobildə hazır olmaq üzrə, içərisində 3 günlük yemək, su və dərman, həmçinin telefon enerjisi üçün cihaz, fənər, radio kimi alətlərin də olacağı zəlzələ dəsti hazırlanmalıdır.
Zəlzələnin dağıdıcı təsirlərinə qarşı maddi tədbirlər görməliyik. Şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, sığorta sənədləri, diplomlar, pasport, bank kartları və s. əhəmiyyətli sənədlərin surətləri hazırlanmalı, binaların dayanıqlığı artırılaraq zəlzələ sığortası edilməlidir.
Zəlzələ zamanı
Təlaşa qapılmayın və bu üç sözü xatırlayın: ÇÖK-QAPAN-TUTUN! Zəlzələ zamanı masanın altında və ya yanında, koridorda da divarın dibində həyat üçbucağı yaradacaq formada ÇÖK-QAPAN-TUTUN hərəkəti ilə baş və bpyun nahiyyələri qorunmalıdır. Əgər binanın içindəsinizsə, təhlükəsiz bir yer tapın, Diz çökün, başınızı və boynunuzu qorumaq üçün qapanın və yıxılmamaq üçün sabit bir yerə tutunun. Əgər açıq ərazidəsinizsə, elektrik xətlərindən və dirəklərdən, ağaclardan, digər binalardan və divar diblərindən uzaq olun. Əgər avtomobildəsinizsə, yolda sürərkən, təhlükəsiz şəkildə sağa dönün və yolu bağlamadan dayanın. Əgər dağıntılar altında qalmısınızsa, enerjinizi nəzarətli şəkildə istifadə edin. Qışqırmaq əvəzinə, axtarış və xilasetmə qruplarına varlığınızı bildirməyə çalışın. Məsələn, su və istilik qurğularına, dəmir borulara qaşıq kimi sərt bir əşya ilə müəyyən fasilələrlə 4 dəfə vura bilərsiniz.
Zəlzələ sonrası
Zəlzələdən sonra təhlükəsizliyi artırmalıyıq. Öz təhlükəsizliyimiz təmin edildikdən sonra ətrafdakı insanlara kömək göstərilməli, ətrafa dağılmış təhlükəli materiallar təmizlənməlidir və zədələnmiş binalara afterşoklar keçənə qədər girilməməlidir.
Yaraların sağalması üçün maddi-mənəvi dəstək olaraq zərərçəkənlərin normal həyata qayıtması asanlaşdırılmalı, zədəli binalar təmir edilməli, qocalar, körpələr, hamilələr və əlillər kimi xüsusi diqqətə ehtiyacı olan sağ qalanlara köməklik edilməlidir.
Zəlzələyə hazır olmaq üçün zəlzələdən əvvəl, zəlzələ zamanı və sonra həyata keçirilə bilən bu 7 tədbir hər fürsətdə təkrarlanmalı, bəzi addımlar hər 6 ayda bir yoxlanılmalı və ÇÖK-QAPAN-TUTUN hərəkəti refleksə çevrilməlidir. Zəlzələnin nə vaxt baş verəcəyini bilə bilmərik, amma buna necə hazırlaşmalı olduğumuzu öyrənə bilərik.