Fevral ayında ABŞ-da keçirilən məhkəmə prosesi tarixə düşəcək kimi görünür. İlk dəfə olaraq, süni intellektə (AI) əsaslanan hüquq məsləhətçisi real məhkəmədə vəkil rolunu öz üzərinə götürəcək.
Bildirilir ki, məhkəmənin mövzuzu sadə yol hərəkəti qaydası pozuntusudur. Ancaq DoNotPay-in CEO-su ABŞ Ali Məhkəməsində baxılacaq bir işdə müdafiəni robot vəkilə buraxan vəkilə və ya müttəhimə 1 milyon dollar ödəyəcəklərini açıqladı.
Süni intellekt smartfonda işləyəcək və müttəhimə qulaqcıq vasitəsilə nə deyəcəyi barədə məsləhət verəcək. Bundan əvvəl o, fevral ayında məhkəmə zalında çıxışlara qulaq asacaq.
DoNotPay süni intellekt şirkətinin qurucu və CEO-su Joshua Browder, Gizmodo bildirib ki, məhkəmə prosesi fevralda baş tutacaq. Browder, təqsirləndirilən şəxslərin məxfiliyini qorumaq üçün iş haqqında daha ətraflı məlumat verə bilməyəcəyini söylədi.
Dünyanın bir çox ölkələrində məhkəmələrdə telefonlar və internetə qoşulan cihazlar qadağandır. Brauder verdiyi açıqlamada, telefon istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün şirkətin Apple AirPod-ların istifadəsinə imkan verən eşitmə əlçatanlığı standartlarına güvəndiyini dedi.
Şirkətin gözü indi yüksək məhkəmədədir. Browder, bu yaxınlarda Twitter-də etdiyi şərhdə, yol bileti davalarının sadə olduğunu vurğuladı və ABŞ Ali Məhkəməsində baxılacaq bir iddiada müdafiəni robot vəkilinə buraxacaq şübhəli və ya vəkilə 1 milyon dollar ödəyəcəklərini açıqladı. Bundan əlavə, DoNotPay hər iki halda cəzalara görə məsuliyyəti öz üzərinə götürməyi planlaşdırır.
Robot hüquqşünasının yaradıcısı DoNotPay, Kaliforniyada avto cəzalarla mübarizə aparmaq üçün 2015-ci ildə qurulduqdan sonra 2020-ci ildə fəaliyyət sahəsini süni intellektə çevirən texnologiya şirkətidir. Yarandığı gündən etibarən İngiltərə və ABŞ-da geniş yayılan DoNotPay tətbiqi yerli orqanlara və ya şirkətlərə şikayət etmək, turist vizaları üçün məktub yazmaq kimi mövzularda da istifadəçilərinə dəstək olur. Şirkətin qurucusu Joshua Bowder, pandemiya dövründə tətbiqdən istifadənin artdığını və hazırda 150 min ödənişli istifadəçiyə sahib olduğunu bildirir.
İki ildən az müddətdə Nyu-York və Londonda 160.000 avto cəzaya etiraz edildi. Şirkət yarandığı gündən bəri ümumilikdə 2 milyon işi həll etdiyini iddia edir. 2020-ci ildə ChatGPT-nin istifadəyə verilməsi ilə şirkət diqqətini daha çox süni intellektə yönəltdi və bu sahədə işlərini artırdı.