OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Dünyanın İlk İnsansız Okeanoqrafiya Tədqiqat Gəmisi

Dünyanın ilk intellektual pilotsuz okeanoqrafik tədqiqat gəmisi “Zhuhaiyun” bu gün Zhuhai şəhərində xidmətə başlayıb.

Çin yerli imkanlarla inkişaf etdirdiyi dünyanın ilk pilotsuz tədqiqat gəmisini suya buraxıb. Uzaqdan idarə oluna bilən və öz-özünə izləyə bilən Zhu Hai Yun-u işə saldı. Avtonom naviqasiya sistemi ilə təchiz edilmiş gəmi dəniz elmi tədqiqatları və digər müşahidə fəaliyyətlərini həyata keçirəcək.

Avtonom Naviqasiya

Bütün dəniz sınaq məqsədlərini uğurla yerinə yetirən gəmi, avtonom naviqasiya və uzaqdan idarəetmə funksiyalarına malik dünyanın ilk intellektual okeanoqrafik tədqiqat gəmisidir. Gəminin enerji sistemi, informasiya sistemi, dinamik yerləşdirmə sistemi və əməliyyata dəstək sistemi hərəkət sistemi, elektronika, mövqe təyinetmə sistemləri və digər avadanlıqları Çin tərəfindən daxili imkanları ilə müstəqil olaraq hazırlanmışdır.

Uzunluğu 88,5 metr, eni 14 metr, sualtı dərinliyi 6,1 metr və çəkisi 2100 ton olan gəminin maksimal sürəti 18, iqtisadi sürəti isə 13 dəniz milidir. Bildirilir ki, Zhu Hai Yun okeanoqrafik dəniz dibinin xəritələşdirilməsi, dəniz müşahidəsi, dəniz patrulu və nümunə götürmə kimi geniş, müxtəlif okean kəşfiyyatı missiyaları üçün istifadə edilə bilər.

Zhu Hai Yun adlı gəmi açıq sularda avtonom şəkildə fəaliyyət göstərə biləcək. Yarı-otonom gəmi açıq dənizə qədər uzaqdan idarəetmə ilə idarə olunacaq. Daha sonra gəminin avtonom sistemləri nəzarəti öz üzərinə götürəcək. Bu dəqiqədən sonra gəmi ona verilən tapşırıqları yerinə yetirmək üçün digər nəqliyyat vasitələrini istiqamətləndirə biləcək.

Hər cür avadanlıqa sahib olan gəmi, tərkibindəki qayıqları, sualtı qayıqları və dronları idarə edə biləcək. Bu vasitələrlə koordinasiyalı işləyəcək gəmi, pilotsuz nəqliyyat vasitələri ilə daimi əlaqədə olacaq.

Zhu Hai Yun həmçinin pilotsuz uçuş aparatları üçün uçuş və eniş zonası ilə təchiz edilib. Çin Elmlər Akademiyasının akademiki Çen Daik bildirib ki, ilk sınaq zamanı gəmi 12 saat ərzində tam avtonom üzərək, öz marşrutunu seçib və maneələrdən uğurla keçib.

Avtonom Gemi

Çin Elmlər Akademiyasının Okeanoqrafiya Məktəbindən professor Dake Çen yeni avtonom gəmiləri haqqında aşağıdakı ifadələrdən istifadə etdi:

"Ağıllı, pilotsuz gəmi okean müşahidəsinə inqilabi dəyişikliklər gətirəcək gözəl yeni tipli su gəmisidir."

Əsasən okean tədqiqat platforması kimi reklam edilsə də, gəminin "işğalçı hədəfləri tutmaq və dəf etmək üçün hərbi qabiliyyətə" malik olduğu da bildirilir.


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27