Musk tərəfindən, insanlar və kompüterlər arasında məlumat ötürmə sistemi yaratmaq üçün qurulan Neuralink neyrotexnoloji şirkəti, əlil xəstələrin yenidən hərəkət və ünsiyyət qurmasını təmin edə biləcək beyin çipləri interfeysləri üzərində çalışır.
Tesla və SpaceX şirkətlərinin qurucusu olan Elon Musk-ın əsas layihələrindən biri olan Neuralink insan beyni ilə kompüterləri birləşdirmək məqsədindədir. Neuralink, xüsusi ilə iflic xəstələri üçün texnoloji həllər yaratmaq hədəfləyir.
Elon Musk ABŞ-da keçirilən "Show and Tell" tədbirində deyib ki, beyin-kompüter interfeysi şirkəti Neuralink yaxın altı ay ərzində insanın başına çip yerləşdirə bilər. Amerikalı sahibkar bir gün öz başına çip taxılacağını da bildirib.
Neuralink 2019-cu ildə öz çiplərini meymunlar üzərində sınaqdan keçirib. 2020-ci ildə cihaz donuzlara yerləşdirilib. Keçən il şirkət bir meymunun beyninə yerləşdirilmiş çip sayəsində Ponq oyunu oynadığı videonu yayımlamışdı. Maraqlı görüntülər qısa zamanda yüz minlərlə insan tərəfindən izlənildi.
Tədbirdə Musk bildirib ki, şirkət insanlar üzərində klinik sınaqlar üçün tələb olunan sənədlərin əksəriyyətini ABŞ Qida və Dərman İdarəsinə (FDA) təqdim edib. Neuralink neyrotexnologiya sayəsində insan həyatını asanlaşdırmağı hədəfləyir. Şirkətin məqsədi beyinə implantasiya edilə bilən çip yaratmaq və ondan beyin fəaliyyəti ilə kompüter və ya telefonu idarə etmək üçün istifadə etməkdir.
Neuralink layihəsi düşüncə vasitəsilə yaranan beyin siqnallarını tutur və onları müvafiq elektron cihazların anlaya biləcəyi elektron siqnallara çevirir. Cihaz 1024 elektroddan ibarət kabellərə malikdir və yüksək sürətli məlumat axını təmin edir. Bundan əlavə, iynə həlləri digər üsullar kimi ağrılı deyil. Neuralink-in diametri 23 mm, qalınlığının 8 mm olacağı, daxili batareyasının 24 saat istifadə təqdim edəcəyi və Bluetooth ilə işləyəcəyi bildirilir. Bütün proseslər, o cümlədən kəllə sümüyünün deşilməsi robot cərrah tərəfindən həyata keçiriləcək.
Musk Neuralink-in nevroloji problemləri olan insanların həyatını asanlaşdıra biləcəyini bildirir. Neuralink beyin-kompüter interfeysi yaddaş itkisindən əziyyət çəkən, infarkt riski olan, yuxusuzluqla mübarizə aparan və ya asılılıq ilə mübarizə aparan insanlarda istifadə oluna bilər. Məsələn, Neuralink istifadəçinin sağlamlıq məlumatlarını araşdıraraq infarkt keçirmək üzrə olub olmadığını deyə biləcək.
Keçən il yenidən meymunlarla video nümayiş olundu. İmplantasiya edilmiş meymunlardan biri vurğulanan sözlərə və hərflərə diqqət yetirərək ""Welcome, to show and tell" yaza bilib. Musk daha əvvəl insanlar üzərində sınaqların 2020-ci ildə, sonra isə 2022-ci ildə başlayacağına ümid etdiyini bildirib. Yeni təqvimə görə, ilk çip 2023-cü ildə insan beyni ilə görüşəcək.