OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

iOS 17 Təfərrüatları Açıqlandı

İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər. Verilmiş məlumatlardan belə qənətə gəlmək olar ki, iOS-in yeni versiyasında bəzi dəyişikliklər olsa da, istifadəçilər innovativ yenilikləri gözləməyə bilərlər. Beləliklə məlumata əsasən Dawn kod adına sahib iOS 17-də istifadəçi interfeysinin ciddi dəyişikliyi baş verməyəcək. Bunun əvəzinə tərtibatçılar yeni əməliyyat sistemində əsas diqqətlərini onun stabilliyinə və enerji effektivliyinə ayıracaqlar.

Twitter

İnsayderlər bildiriblər ki, iOS 17-də bütün sistem tətbiqləri yenilənəcək. Buraxılışın təfərrüatlarına gəlincə, iOS 17 qulaqlıq üçün yeni, xüsusi proqram ehtiva edəcək. Gözlənilir ki, bu proqram “Watch” tətbiqi ilə oxşar konsepsiyaya sahib olacaq, lakin özü ilə “bir çox funksiyalar” gətirəcək. Bundan əlavə, Apple Musiqi, Poçt, Xatırlatmalar, Fayllar, Fitness və Pulqabı tətbiqlərində bəzi kiçik dəyişikliklər edəcək. Bununla yanaşı smart ev ekosisteminin idarəsi məsələsində ciddi dəyişikliklər reallaşdırılacaq. Əlavə olaraq iOS-in yeni versiyasında qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ayarlanması və idarəsi üçün ayrıca tətbiq mövcud olacaq.

Iphone14

Bununla belə, şirkətin bu il bütün iPhone-lara Dynamic Island gətirmək də daxil olmaqla bir sıra dəyişikliklər edəcəyi düşünülür. Beləliklə, qarşıdan gələn dörd iPhone 15 modelinin hamısında Dynamic Island olacaq və nəhayət, çentikdən çıxacaq. İOS 17-nin kodu bu ilki bütün iPhone 15 seriyasındakı bütün modellərin USB Type-C girişinin olacağını təsdiqləyib. Lakin bu cihazlar arasında yalnız Pro və Pro Max modelləri USB 3.2 sürətini dəstəkləyəcək. Qeyri-Pro modellərinin isə hazırkı Lightning ilə oxşar sürətə sahib olacağı gözlənilir. Böyük ehtimal ilə iOS 17 ənənəyə sadiq qalaraq Apple şirkətinin iyun ayında baş tutacaq WWDC 2023 tədbirində təqdim ediləcək.

 


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27