Microsoft bu yaxınlarda Bing axtarış sisteminə və Edge brauzerinə yeni süni intellekt xüsusiyyətləri əlavə etdi. Açıqlamadan sonra Bing yükləmələri 10 dəfə artdı, Edge isə ən populyar tətbiqlərdən biri oldu.
Microsoft ChatGPT inteqrasiyası ilə yeni Bing axtarış xidmətini təqdim etdikdən sonra App Store-da Bing tətbiqinin endirilmə sayı sürətlə artdı. Eyni şey süni intellektə əsaslanan yeni funksiyalarla təchiz edilmiş Edge brauzerinə də aiddir.
Elan edilmiş dəyişikliklər, deyəsən, istifadəçiləri qane edib. Çünki ABŞ App Store-da Bing proqramı bütün pulsuz iPhone proqramları arasında 12-ci yerə yüksəldi, Microsoft Edge brauzeri isə kommunal xidmətlər kateqoriyasında üçüncü ən populyar proqram oldu.
Bing endirmələri dünya üzrə 10 dəfə artıb
Bütün bunlara əlavə olaraq, data.ai araşdırma firmasının paylaşdığı məlumatlara görə, dünya üzrə Bing tətbiqinin yeni yüklənmə sayında 10 dəfə artım var. Microsoft süni intellektlə bağlı açıqlamalarını çərşənbə axşamı keçirilən tədbirdə açıqlayıb.
Bing və Edge proqramlarına tələbatın artması istifadəçilərin bu yeni AI funksiyalarına böyük maraq göstərdiyini ortaya qoydu. İstifadəçilər bu funksiyaları istifadə etmək üçün yeni axtarış motorlarını və digər brauzerləri sınamağa hazır görünürlər. Bunu görən digər şirkətlər də bu sahədə addım atmağa başlayıblar
Opera brauzerinə ChatGPT-ni əlavə etməyi planlaşdırır
ChatGPT sürətini azaltmadan texnologiya dünyasında kök atmağa davam edir. Operanın ana şirkəti Kunlun Tech, ChatGPT-ni brauzerə əlavə etməyi planlaşdırdığını açıqladı
OpenAI-nin son zamanlarda populyar olan süni intellekt vasitəsi ChatGPT texnologiya dünyasında yayılmağa davam edir. ChatGPT-nin növbəti dayanacağının Opera brauzeri olacağı təxmin edilir. Operanın ana şirkəti Kunlun Tech, süni intellekt vasitəsini öz brazuerinə inteqrasiya etməyi planlaşdırdıqlarını açıqladı.
ChatGPT-ni Opera brauzerinə inteqrasiya etmək planları olsa da, bu planlar hələlik həyata keçirilmir. Beləliklə, ChatGPT-nin brauzerə nə vaxt əlavə ediləcəyi, onun funksionallığının nə olacağı və ya nə təklif edəcəyi bəlli deyil. Bununla belə, Opera həm də iOS və Android-də mobil brauzer kimi mövcuddur. Planlaşdırılan bu inteqrasiyanın mobil versiyanı əhatə edib-etməyəcəyi də aydın deyil.