OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Opera ChatGPT ilə Çalışacaq Yeni Funksiya Əlavə Edəcək

  Son illərdə Opera brauzerinin məşhurluğu aşağı düşsə də, atdığı addımlarla öz məşhurluğunu geri qazanmağa çalışır. Bu yaxınlarda ChatGPT-ni brauzer inteqrasiya ediləcəyi deyilmişdi. İndi isə yenə ChatGPT əsaslı yeni və maraqlı funksiyalar istifadəyə verilir. Yaxın zamanda isə sözügedən brauzerdə süni zəka əsaslı ChatGPT çat-botu əsasında çalışacaq yeni funksiyalar istifadəyə veriləcək. Həmin funksiyalardan biri isə Shorten adlanır. Bu funksiya brauzer daxilində istənilən veb səhifə barəsində qısa təsviri tərtib etməyə imkan verəcək.

Opera tərtibatçıları bu funksiyanın necə çalışacağını göstəriblər. Təqdim edilmiş videoda da görmək olur ki, Shorten funksiyasının düyməsi URL ünvan sətrinin sağ hissəsində yerləşəcək. Shorten düyməsinə klikləyib sonra brauzer daxilində sol hissədə ChatGPT pəncərəsi aktivləşəcək və həmin pəncərədə istifadəçi tərəfindən baxılan istənilən veb səhifə və ya məqalə barəsində qısa təsvir əks olunacaq. Məlumatda qeyd edilib ki, Opera üçün nəzərdə tutulmuş Shorten adlı yeni funksiya hələ ki, məhdud sayda istifadəçi üçün istifadəyə verilib. Yaxın zamanda isə sözügedən yeni funksiya hamı üçün aktivləşdiriləcək. Gələcəkdə isə Opera-da süni zəka əsaslı daha çox funksiya istifadəyə veriləcəyi bildirilib. Lakin söhbətin hansı funksiyalardan getdiyi bilinmir

 


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27