Microsoft-un süni intellektə əsaslanan ChatGPT chatbotunu Bing axtarış sisteminə inteqrasiya edəcəyi artıq məlum idi. Bəzi Bing istifadəçiləri axtarış sisteminin yeni interfeysini görmək şansı əldə etdilər. Beləliklə, gələcəyə damğasını vurması gözlənilən yeni axtarış təcrübəsinin nələr təklif edəcəyi bəlli oldu.
Tələbə öz növbəsində axtarış sisteminin yeni interfeysinin yüklənməsi üçün özəl bir əməliyyatı reallaşdırmayıb. Görünür, yenilənmiş interfeys avtomatik şəkildə yüklənib. Lakin Bing-in yenilənmiş interfeysi bir neçə dəqiqədən sonra yoxa çıxıb və daha əvvəlki interfeys geri dönüb. Owen Yin-in sözlərinə əsasən yenilənmiş Bing-dəki süni zəka vasitəsilə axtarışın test olunması üçün bir neçə dəqiqə vaxt kifayət edib. Məlumatda qeyd edilib ki, axtarış çərçivəsində çat-bot cavabları təqdim etməklə yanaşı həmçinin dialoq zamanı özü də suallar təqdim edir.
Bununla yanaşı yenilənmiş Bing təqdim edilən məlumatların mənbələrini də qeyd edir və bu, çox vacib məqamdır. Belə ki, ChatGPT tərzində olan dil modelləri təqdim edilən cavablardakı məlumatların hardan əldə edildiyini qeyd etmirlər. Buna görə də həmin məlumatların doğruluqları şübhə altında qalır. Yenilənmiş Bing-in təqdim edilmiş fotosundan da görmək olar ki, standart axtarış sətrinin yanında çat bölməsi mövcuddur. Məhz həmin çat bölməsinə klikləməklə süni zəka vasitəsilə axtarış prosesi reallaşdırılır.
Alqoritmdən təkcə məlumat axtarışı üçün deyil, həm də daha yaradıcı tapşırıqlar üçün istifadə etmək mümkündür. Məsələn, ondan sizin üçün qafiyəli bir şeir və ya kiçik bir hekayə yazmasını xahiş edə bilərsiniz. Neyroşəbəkə həm də özünü əsl həmsöhbət kimi göstərərək söhbəti davam etdirmək qabiliyyətinə malikdir. Bing-dən sevimli filmi haqqında soruşduğunuzda, o, sizə nəinki cavab verə bilər, həm də növbəti sualı verə bilir.
Klassik Bing axtarış səhifəsi yoxa çıxmayıb. İstədiyiniz zaman alətlər panelindən axtarış və söhbət paneli arasında keçid edə biləcəksiniz. Microsoft hazırda yeni Bing-i deaktiv edib. Ehtimal olunur ki, şirkət mühəndisləri interfeysin sınaq versiyasını səhvən paylaşıblar.
Funksiya əlçatan olduqda bing.com/new ünvanında gözləmə siyahısına qoşula biləcəksiniz. Müraciətiniz qəbul edildiyi zaman e-poçt bildirişi alacaqsınız. Bing-in chatbot inteqrasiyası ChatGPT-nin daha sürətli versiyası olan OpenAI GPT-4 ilə təchiz olunacaq.