OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Reklamsız Amma Daha Bahalı Yeni Twitter Blue Abunəliyi

Twitter

Milyarder iş adamı Elon Musk-ın ötən ilin sonunda 44 milyard dollara satın aldığı Twitter platforması qısa müddətdə bir çox yeniliklərlə gündəmə gəlib. Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib. O, qeyd edib ki, reklamlar Twitter-də daha çox yer tuturlar və istifadəçilərə tez-tez sərgilənirlər. Bununla yanaşı Musk bildirib ki, Twitter öz istifadəçilərinə reklamların olmayacağı daha bahalı abunəliyi təqdim etməyi planlaşdırır. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Musk ilk olaraq “Twitter-də reklamlar çox tez-tez  qarşımıza çıxır və onlar çox böyükdür. Önümüzdəki həftələrdə hər ikisinə əsaslı düzəliş vermək üçün addımlar atırıq” dedi. Məlumdur ki, keçən ilin sonunda Twitter Blue abunəliyi yenidən istifadəyə verilən zaman Musk qeyd etmişdi ki, abunəliyin yeni versiyasında istifadəçilər 2 dəfə daha az reklam görəcəklər. İndi isə məlum olub ki, sosial şəbəkə öz istifadəçiləri üçün daha bahalı tarif planına sahib yeni abunəlik üzərində çalışır və o, istifadəçiləri reklamlardan tamamilə azad edəcək. Musk təsdiqəyib ki, bu istiqamətdə işlər artıq gedir.

Böyük maddi sıxıntılar yaşayan sosial media xidməti bu vəziyyətin qarşısını almaq üçün istifadəçilərini ödənişli abunəçi olmağa sövq edir. Bildiyiniz kimi, Twitter hazırda insanlara mobil proqramlardan ayda 11 dollara, veb versiyası üçün isə ayda 8 dollara Blue abunəliyi təklif edir. Blue abunəliyi alan insanlar platformada mavi təsdiq nişanına malik olmaqla yanaşı, 50 faiz daha az reklam görürlər. Twitter Blue xidməti ilə istifadəçilərinə bir çox imtiyazlar verən şirkət, indi reklamsız yeni abunə paketi ilə istifadəçilərdən daha çox ödəniş almağı planlaşdırır. Qiymətinin nə qədər olacağı və nə vaxt çıxacağı hələ bilinməyən bu paket platformadakı reklamları tamamilə gizlədəcəyi üçün böyük ehtimalla aylıq 20 dollara yaxın qiyməti olacaq. Hətta daha yüksək qiymətə də gələ bilər.

Twitter reklamlar

Qeyd etmək lazımdır ki, keçən il Twitter-in gəlirlərinin 90%-ni məhz reklam verənlər tərəfindən ödənilmiş pul vəsaitləri təşkil etmişdi. Musk isə tədricən abunəçilərin vəsaitlərini şirkətin əsas gəlir mənbəyinə çevirmək niyyətindədir. Lakin Musk tərəfindən qəbul edilən dəyişikliklər hələ ki, şirkətin ciddi vəsait itkilərinə səbəb olur. Bəzi məlumatlara əsasən Musk-ın şirkətin CEO vəzifəsində çalışmağa başladığı vaxtdan Twitter-in işçi sayı 80% azaldılıb. Sosial şəbəkə daxilində reklam elanlarının yerləşdirilməsindən isə 500-ə yaxın şirkət və təşkilat imtina edib.

Elon Musk-a görə, servis öznümzdəki aylarda başqa dillərdə edilən paylaşımlar sizə tərcüçə edilmiş halda göstəriləcək və ya başqa sözlə, onu tövsiyə edilməyə başlayacaq. “Sizin üçün” hissəsi üçün bunu düşünən Musk xüsusilə Yaponiyada çox maraqlı paylaşımların edildiyini bildirir. Çox uzun müddətdir ki, Twitter-də Google Translate əsaslı tərcümə funksiyası var, lakin bunun üçün klikləmək lazımdır. Yeni dövrdə bütün proses avtomatik olacaq.


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27