İnternetdəki ən böyük fotoqrafiya və illüstrasiya resurslarından biri olan Shutterstock, süni intellektin dəstəyi ilə şəkil yaratma funksiyasını təqdim edib. Şirkət 2022-ci ilin oktyabrında DALL-E-nin yaradıcısı olan OpenAI ilə əməkdaşlıq etdiyini açıqlamışdı.
Son zamanlar bir çox fərqli rəqibləri qazanan OpenAI tərəfindən yaradılmış DALL-E 2 texnologiyası inkişaf etməyə davam edir. Anlamayanlar üçün bu sistem yazılmış sadə cümlələri real dizaynlara / çertyojlara / fotoşəkillərə çevirə bilər. Uzun müddətdir inkişaf etdirilən və son mərhələdə çox real nəticələr verə bilən sistem, müəyyən fotoşəkillərə obyekt əlavə etmək və ya fotoşəkillərdəki insanların üzlərini dəyişdirmək qabiliyyətinə də malikdir. Sistem sadəcə daxil edilmiş cümlələr üçün foto nəticə verməklə kifayətlənmir, bir çox fərqli variant yarada bilir. Bu sistemlər təsirli nəticələr təqdim etsə də, bəzi məsələlərdə tənqid mənbəyi olurlar. Bu sistemlərin yaratdığı nəticələr üçün hətta qadağanedici addımlar da atılır. Məsələn, dünyanın stok foto nəhənglərindən biri olan Getty Images keçən ay bir addım atdı. Şirkət süni intellekt sistemləri ilə hazırlanan məzmunun platformaya daxil olmasını qadağan edib. O zaman birbaşa açıqlama verilməsə də, Shutterstockun oxşar qərar verdiyi deyilirdi.
Shutterstock bu mövzu ilə bağlı olaraq yenidən gündəmə gəlib. Firma, DALL-E 2 sistemini inkişaf etdirən Open AI ilə şərikliyinin bəhrəsini təqdim etdi. Bu tərəfdaşlığın bir hissəsi olaraq, DALL-E 2 texnologiyası birbaşa Shutterstock-a inteqrasiya edilərək burada süni intellekt mərkəzli görüntü generatoru yaradıldı. Firma, bu sistemə belə bir açqılama verildi: “Sizin fantaziyanıza çatan yaradıcılıq. Shutterstock, süni intellekt əsasında yaradılan əsərləri hər kəsə çatdırmaq üçün OpenAI və LG ilə əməkdaşlıq edir”. Hamıya açıq olan DALL-E 2-nin yaratdığı nəticələr stok şəkillər kimi satışa qoyula bilər.
Bu yaxınlarda AI Art generatoru, Stabil Diffusion və digər AI alətlərinə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı çox sayıda yeni məhkəmə açılıb. Bu məhkəmə proseslərindən birinə Shutterstock-un ən böyük rəqiblərindən biri olan Getty Images-də daxil olmuşdu. Getty Images bu yaxınlarda süni intellekt inkişaf etdirən Stability AI şirkətini süni intellektin öyrənməsi üçün icazə olmadan platformasındakı milyonlarla şəkildən istifadə etdiyinə görə məhkəməyə verib. Nümunələr artsa da, bu işlərin necə idarə olunacağına dair hələ də aydın hüquqi nümunə yoxdur.
Yaradıcı sektor bir tərəfdən süni intellektə qarşı mübarizə apararkən, eyni zamanda Shutterstock kimi süni intellektlə lisenziyalaşdırıla bilən şəkillərin yaradılmasına zəmin yaradaraq, süni intellektin yaratdığı müəllif hüququ problemini qanuni əsasa qoymağa çalışır. "Shutterstock, məhsuldar süni intellekt tədqiqat səylərini sürətləndirmək üçün OpenAI, Meta və LG AI Research kimi sahənin əsas oyunçuları ilə son iki il ərzində strateji tərəfdaşlıqlara imza atdı." Shutterstock-un Baş İcraçı Direktoru Paul Hennessy mətbuat şərhində, bu sahədə istehsal edən sənətçilərin asan istifadə olunan interfeys ilə insanların hekayələrini izah etmə tərzini dəyişdirərək tanınmasını və mükafatlandırılmasını təmin etmək istədiklərini bildirir.
Bildiyiniz kimi, DALL-E 2 tərəfindən yaradılan rəsmlərdə əsasən başqaları tərəfindən çəkilmiş fotoşəkillər və ya dizaynlar istifadə olunur. Bu görüntülərlə süni intellekt sistemi öyrədilir. Yeni dövrdə bir istifadəçinin çəkdiyi fotoşəkillər DALL-E 2 tərəfindən istifadə edilərsə və DALL-E 2 tərəfindən istehsal edilən şəkil stok fotoşəkilləri olaraq satılırsa, məzmunu hazırlayan əsas şəxslə yanaşı, fotoşəkili təlim / yaratma prosesində istifadə edilən şəxs də ödəniş alacaq. Bu yolla ikitərəfli qazanc əldə ediləcək.