Starlink peyki nədir?
Elon Musk tərəfindən yaradıllan SpaceX, Starlink peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. Starlink, peyk vasitəsi ilə internetə çıxışı təmin etmək üçün SpaceX tərəfindən qurulmuşdur. Lahiyə yerüstü stansiyalarla işləyəcək və kütləvi istehsal edilən minlərlə kiçik peykdən ibarətdir. SpaceX, peyklərinin bir qismini kəşfiyyat və elmi məqsədlər üçün istifadə edərkən, bəzi peyklərini ordulara satmağı da planlaşdırır.
SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə açıqlanıb. Açıqlamalarda, bütün geri daşınma kommunikasiya tıxacının 50%-ni daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə bildiyi və sıx şəhərlərdə yerli internetin 10%-ə qədərini qarşılaya biləcəyi ifadə edildi. CEO Elon Musk verdiyi açıqlamalarda layihənin aşağı qiymətli qlobal genişzolaqlı internet imkanlarına əhəmiyyətli dərəcədə tələbatı qarşılaya biləcəyini bildirmişdi.
Ötən aylarda Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri Elon Musk bəyan etdi ki, “Starlink” peykləri artıq dünyanı əhatə edib. Hətta Antarktidada da onun xidmətlərindən istifadə etmək olar. Ən son məlumatlara görə, hazırda 2300-dən artıq “Starlink” kosmosdadır və 500 mindən artıq aktiv abunəçiyə xidmət göstərir. Layihəyə start verildiyi 2015-ci ildə isə peyklərin ümumi sayının 4 000-dən çox olacağı planlaşdırılırdı. Bir sıra ölkələr artıq bu layihəyə qoşulmaq niyyətində olduqlarını açıqlayıblar. Məsələn, Gürcüstanın Milli Kommunikasiya Komissiyası iyunda məlumat yaymışdı ki, “SpaceX”la sıx əməkdaşlıq edilir, 2022-ci ilin iyunun 29-da bala şirkət - “Starlink Georgia” yaradılıb. Qonşu ölkə "Starlink”in xidmətlərindən istifadə etməklə dağlıq rayonları və yaşayış məntəqələrini internetlə təmin etmək niyyətindədir.
Starlink Azərbaycan
Starlink artıq Azərbaycanda da istifadəyə açıq hala gətirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Starlink Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir. Bakıdakı təmsilçi isə "SpaceX"də 2006-cı ildən işləyir, biznes əməliyyatları üzrə baş direktordur.