OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Süni İntellekt İnsanlara Qalib Gəldi

suni intelekt

Meta firmasının yeni yaradılan “Cicero” adlı süni intellekti “diplomacy” adlı oyunda kimliyini gizlədərək, insanlarla dialoq qurub və onları aldadaraq oyuna qalib gəlib.

Meta AI, strategiya oyunu olan Diplomacy-də insan səviyyəsində performans əldə edən ilk süni intellekt olduğunu iddia etdiyi Cicero-nu təqdim etdi. Əslində, bu əlamətdar nailiyyətdir və vurğulanmalıdır, çünki Diplomacy digər oyunlar kimi sadə deyil və dərin ünsiyyət bacarıqları tələb edir.

Hələ 1997-ci ildə Deep Blue şahmatda Qarri Kasparovu məğlub etməmişdən əvvəl belə stolüstü oyunlar süni intellektin uğurunun əsas ölçüsü idi. 2015-ci ildə AlphaGo, Go ustası Li Sedolu məğlub edəndə başqa bir maneə dəf edildi. Bu oyunların hər ikisi nisbətən aydın analitik qaydalara malikdir və ehtimala əsaslanan yanaşmalar bu oyunların əsasını təşkil edir.

Lakin Diplomacy oyunu daha fərqlidir, Cicero üçün əsas problem oyunun qabaqcıl sosial bacarıqlar tələb etməsidir. Qazanmaq üçün oyunçular empatiya göstərməli, təbii dialoqlar qurmalı, stratejik münasibətlər quraraq ilərləməli, birlikdə çalışmağı bacarmalıdırlar. Bunları nəzərə alaraq, Meta soruşdu: "Biz insanların etdiklərinə bənzər strateji məqsədlərə çatmaq üçün insanlarla ünsiyyət qurmaq, inandırmaq və onlarla işləmək üçün insanlarla eyni dildən istifadə edə bilən daha təsirli və çevik süni intellekt yarada bilərikmi?".

İnkişaf etdirilən Cicero süni intellekti, webDiplomacy.net'də Diplomacy oyununun online bir veriyasını oynarayaq oyunu öyrəndi, qısa bir müddət ərzində oyunu mənimsəyərək insan oyunçuların ortalama xallarından iki dəfə çox xal əldə edə bildi.

GPT3

Cicero yaratmaq üçün Meta strateji əsaslandırma (AlphaGo-ya bənzər) və təbii dil analizini (GPT-3-ə bənzər) və AI modellərini tək bir yerdə birləşdirdi. Hər oyun zamanı Cicero, oyun lövhəsinin vəziyyətini, söhbət tarixini və digər oyunçuların necə davranacağını təhlil edərək irəliləyir. Cicero, insan bənzəri dialoqlar qura bildiyi üçün digər oyunçularla koordinasiyada işləyə və planını həyata keçirə bilir.

Cicero-nun gələcəyi məlum deyil.

Daha geniş tətbiqlərə gəldikdə isə, Meta, Cicero-nun araşdırmasının insanlar arasında "ünsiyyət üçün maneələri aradan qaldıra biləcəyini" təklif edir. Və ya təhsil sahələrində və hətta oyunlarda daha real NPC-lər üçün istifadə oluna biləcəyi bildirilir. Bu yolla oyunçunun motivasiyası uyğunlaşdırıla bilər.

Ciero

Eyni zamanda, bu texnologiya insanları manipulyasiya etmək üçün istifadə edilə bilər. Bu məqsədlə Meta ümid edir ki, digər tədqiqatçılar “məsuliyyətlə” öz kodunu yarada biləcəklər və “bu zəhərli mesajları” aşkar etmək və aradan qaldırmaq üçün addımlar atdığını bildirib. Burada Metanın “addımları” yəqin ki, internet mətnlərindən öyrənilən dialoqları nəzərdə tutur. İnternet verilənlər bazası ilə böyük dil modellərinin qurulması belə mənfi riskləri kəsb edir. Nəhayət, Meta Cicero-nun necə işlədiyini, eləcə də Cicero kodunu izah edən veb sayt yaratdı və GitHub-da hamıya açıq hala gətirdi.

 


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27