OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Twitter Qadağan Olunmuş Profillərdən Milyonlarla Qazanc Əldə Edə Bilər

twitter

Twitter bu yaxınlarda, yeni dövrdə keçmişə nisbətən daha az profilin bloklanacağını açıqlamışdı. Şirkət bildirir ki, artıq çox ağır cinayətlər sayılan və ya dəfələrlə təkrarlanan pozuntulardan sonra blok addımı atacaqlar. Qeyri-qanuni fəaliyyətlə məşğul olan, zərər və ya zorakılıqla hədələyən, genişmiqyaslı spam və platforma manipulyasiyası ilə məşğul olan hər kəs blok ediləcək, digər hallarda isə daha yüngül sanksiyalar tətbiq olunacaq. Məsələn, bəzi qaydaları pozan Tweetlər alqoritm üzərində geri plana çəkiləcək və müəyyən hallarda platformadan istifadəni davam etdirmək üçün insanlardan qaydaları pozan Tweeti silmələri istəniləcək. Firma "Profilin bloklanması, qaydalarımızın ciddi və təkrarlanan pozuntuları üçün istifadə olunacaq" deyə açıqladı. Qeyd edək ki, şirkət bir müddətdir ki, əvvəllər blok olunmuş profillərin açılması üzərində işləyir. Keçmişdə qalıcı qadağalara səbəb olan bəzi lazımsız/mütənasib olmayan qaydaları təyin edib dəyişdirdiklərini ifadə edən Twitter, son həftələrdə bu qaydaların pozulması səbəbiylə bloklanan profilləri bərpa etməyə başladıqlarını açıqlamışdı.

Elon Musk

Bu barədə ən son bildirilmişdi ki, “1 fevral” tarixindən etibarən istənilən şəxs bağlanmış profili ilə bağlı platformaya etiraz etmə haqqına sahib olacaq. Bu məsələ ilə bağlı verilən tarixə əməl edilib və “Bağlı və ya dayandırılmış profil üçün etiraz edilməsi” başlıqlı səhifə aktivləşdirilib. Twitter bu səhifədəki etirazları "yeni qaydalar çərçivəsində" nəzərdən keçirəcək, buna görə çox güman ki, bir çox profil yenidən açılacaq. Məhz bu mövzuda analiz aparıldı.

Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) apardığı yeni araşdırmada, Twitter-in bir vaxtlar platformada bloklanmış cəmi 10 profildən “ildə 19 milyon dollara qədər reklam gəliri” əldə edəcəyini təxmin edildi.

Hesabatda əvvəllər “nifrət dolu məzmun və təhlükəli konspirasiya nəzəriyyələrinin paylaşılması” səbəbi ilə bloklanmış 10 profilin paylaşımlarının baxış sayları araşdırılıb. Elon Musk Twitter-i satın aldıqdan sonra bu profillər bərpa olundu.

Onların əhatə dairəsini qiymətləndirmək üçün CCDH 47 gün ərzində bu profillərdən təxminən 10.000 tweet təhlil etdi. Təhlillərinə görə, "orta hesabla bir gündə on profildən gələn tweetlər 54 milyona yaxın baxış sayı aldı" deyə yazırlar. “Bu orta göstəricini 365 gün ərzində təxmin etsək, bir il ərzində profillərin təxminən 20 milyard baxışa çatacağını gözləmək olar”.

Twitter

Bu baxış sayının platformaya nə qədər reklam gəliri gətirə biləcəyini müəyyən etmək üçün CCDH hesabatda adı çəkilən 10 istifadəçini izləyən üç yeni Twitter profili yaratdığını deyir. Müəlliflər reklamların təxminən hər 6,7 tweet-dən birində göründüyünü aşkar ediblər. Daha sonra, "Twitter reklamlarının 1000 baxış üçün orta hesabla 6,46 dollara başa gəldiyini" təxmin edən Brandwatch analitik firmasının məlumatlarından istifadə edərək, CCDH "profillər üzrə təxmini illik reklam gəlirinin cəmi 19 milyon dollara qədər olduğunu" tapdı.

Təxminlər Twitter-in bu istifadəçilərdən nə qədər qazana biləcəyi ilə bağlı dəqiq hesaba malik olmasa da, qütbləşdirmə yaradan profillərin platforma üçün nə qədər dəyərli ola biləcəyini göstərir. O, həmçinin daha çox mübahisəli istifadəçiləri geri gətirməklə platformanın nə qədər qazanacağını vurğulayır.

Trump


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27