OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

Web3: İnternetin gələcəyi

Web3: İnternetin gələcəyi

web3

Web1 (1990-2004)

 

web3

Web1.0 kobud dildə desək internetin 1990-cı illərdəki halı idi. İstifadəçilər statik veb-səhifələrdən ibarət olan web1 interfeysindən yalnız lazım olduğu qədər istifadə edə bilirdilər. Bundan əlavə, böyük şirkətlərin bir çox veb-saytların sahibi idi və istifadəçi tərəfindən yaradılan məzmun çox az idi. Bu xüsusiyyət web1 və web2 arasındakı ən böyük ziddiyyətlərdən biridir.

Web2 (2004-günümüz)

Web2

Bu gün istifadə etdiyimiz internet web 2.0. “Sosyal şəbəkə” olaraq da bilinən web2, virtual istifadəçi yönlü ekosistem kimi işləyir.

Web2 ilə birlikdə Javascript, HTML5 və CSS3 istifadə edən Facebook (yeni adı ilə Meta), Google, YouTube və nəhayət Amazon kimi nəhəng e-ticarət platformaları yaradıldı. Bu inkişaflar web2-ni istifadəçi tərəfindən yaradılan məzmundan, sosial şəbəkələrdən, qarşılıqlı əlaqələrdən və interaktiv dizayndan istifadə edən platforma əsaslı bir yerə çevirdi. Bundan əlavə, istifadəçi interfeysinin dizayn prinsipləri getdikcə daha çox vurğulanırdı.

Web2, Google və Meta kimi “Big Tech” adı verilən böyük texnologiya şirkətlərinin məlumatlara sahib olduqları və yaydıqları mərkəzləşdirilmiş internet dövrü. Biz internetdə gəzişməmizdən məlumat alsaq da, şirkətlər çox vaxt təqdim etdikləri xidmətin müqabilində bizdən məlumat alırlar. Şirkətlər daha sonra bu məlumatları hədəflənmiş rəqəmsal marketinq üçün istifadə edirlər

Mobil istifadənin artması web2 dövründə internetin böyüməsində rol oynayır. Tətbiqlərin hazırlanması prosesi istifadəçilərin məzmun, məhsul və xidmətlərlə qarşılıqlı əlaqə, istifadə və istehsal üsullarında böyük dəyişiklik yaratdı. Ehtiyacımız olan hər şey əlçatan, istifadəçi dostu və rahat interfeysdə toplandı.

Web2

Facebook-un 2005-2009 illəri arasındakı dəyişimi

 

Web3 (2014-Gələcək?)

Web3

Blokçeyn və süni intellekt konsepsiyaları, 2014-cü ildə Ethereum`un yaradıcılarından biri olan Gavin Wood tərəfindən istifadə edilən web 3.0.-ın əsasını təşkil edir

Son zamanlar məşhurlaşan Metaverse ilə də əlaqəli olan Web 3.0 bu gün təhlükəsizlik və mərkəzləşmə problemlərini həll etmək üçün irəli sürülüb. Mərkəzləşdirilməmiş platformalarla inhisarçı fəaliyyətləri minimuma endirməyi hədəfləyən Web 3.0 blokçeyn texnologiyası sayəsində təhlükəsizlik baxımından çox iddialıdır.

Kripto valyuta, NFT, DeFi, DApp və Cross-chain kimi anlayışların formalaşmasında rol oynayan Web 3.0 bir çox fərqli sahədə qeyri-adi həllər təqdim edir. 2009-cu ildə Bitcoin ilə ortaya çıxan kripto valyuta sektoru bu gün ən çox seçilən investisiya alətləri arasındadır.

Web3 texnologiyalarının üstünlükləri nələrdir

Web 2.0 ilə həyatımıza daxil olan bir çox anlayışlar Web3 texnologiyaları vasitəsilə fərqli bir ölçü qazandı. Məsələn, mərkəzləşdirilməmiş maliyyə mənasını verən DeFi konsepsiyası sayəsində ənənəvi maliyyə platformalarına olan asılılıq azalıb.

Mərkəzləşdirilməmiş tətbiq mənasını verən DApp iki fərqli şəkildə qurula bilər: Blokçeyn və P2P (peer-to-peer protokolu). Blokçeyn əsaslı DApp proqramları hazırlanmış platforma vasitəsilə kripto valyuta əməliyyatlarına imkan verir. İstifadəçilər yaradılan kripto valyutalarla istifadə etdikləri platformada pul qazana bilirlər. P2P əsasında qurulan proqramlar istifadəçilərə bir-biriləri arasında birbaşa məlumat mübadiləsi aparmağa imkan verir.

Web 3.0-ın digər üstünlüyü onun yüksək şəffaflığıdır. İstifadəçilər blokçeyn texnologiyaları ilə qurulmuş platformaların bir hissəsinə çevrilirlər. Bəzi blokçeyn əsaslı proqramlar istifadəçilərin iştirakı ilə yaradılmış zəncirlərlə yoxlama aparır.

Bir çox platformalar, xüsusilə Reddit və Discord, öz platformalarında Web 3.0 texnologiyalarından istifadə etmək üçün çalışırlar. Hər sistemdə olduğu kimi Web 3.0-da da bəzi çatışmazlıqlar var. Mərkəzləşdirilməmiş sistemlərdə kibercinayət, zorakılıq və nifrət nitqi kimi qeyri-qanuni davranışları aşkar etmək çox çətindir. İstifadəçilərin blokçeyn zəncirləri yaratdığı tətbiqlərdə, istifadəçilərin sayına görə təhlükəsizliyin riskli olacağını demək mümkündür.


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27