OPTİMA ŞİRKƏTLƏR QRUPU

optima.az

WhatsApp Mac Betası

Windows əməliyyat sisteminə yerləşdirilmiş WhatsApp tətbiqini təqdim etdikdən sonra Mac sistemləri üçün qollarını çırmalayan Meta, bir müddətdir davam edən qapalı beta prosesini nəhayət hər kəsin istifadəsinə açdı.

Whatsapp

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqini hazırlamağa başladılar. Həmin vaxtda məlumat verilmişdi ki, hazırlanan tətbiq Apple şirkətinin M seriyalı prosessorlarını dəstəkləyəcək. Daha öncə macOS istifadəçilərinə messencerin veb versiyası əsasında hazırlanmış tətbiqdən istifadə etmək təklif edilirdi. İndi isə məlum olub ki, tərtibatçılar Whatsapp-ın Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyasını istifadəyə veriblər. Beta versiyada olmasına baxmayaraq, hər kəsin WhatsApp Mac tətbiqini təcrübədən keçirməsi üçün yol açılıb. Mac Catalyst infrastrukturu ilə işlənib hazırlanmış yeni proqram Mac avadanlığı üçün xüsusi olaraq optimallaşdırılıb. Beta versiyanı istənilən macOS istifadəçisi messencerin rəsmi saytından yükləyə bilər.

 WhatsApp Mac tətbiqi yeni 3 panelli interfeysə malikdir və istifadəçilər asanlıqla söhbət-axtarış-arxiv-ulduzlu mesajlar arasında keçid edə bilirlər. Bildirilir ki, yeni versiya internet əsaslı Electron versiyasından daha sürətli və effektivdir.

Catalyst infrastrukturu adətən iOS proqramlarını macOS-a köçürməyə imkan verir və ya hər ikisi üçün tək proqram hazırlana bilər. Bu baxımdan, iPadOS üçün gözlənilən daxili proqram da tezliklə çıxa bilər.

Electron

İstifadəyə verilmiş beta versiya Apple şirkətinin M1, M1 Pro, M1 Max, M1 Ultra, M2, M2 Max və M2 Pro prosessorlarını dəstəkləyir. Hazırlanmış tətbiq messencerin funksiyalarından rahatlıqla istifadə etməyə imkan verən yaxşılaşdırılmış istifadəçi interfeysinə sahibdir. Son bir neçə ay ərzində Whatsapp-ın macOS versiyası qapalı beta test mərhələsində olub. İndi isə onu istənilən macOS istifadəçisi yükləyərək test edə bilər. Tətbiqin Mac kompüterinə quraşdırılmasından və onda avtorizasiya prosesindən keçəndən sonra istifadəçi standart QR kodun skan edilməsi vasitəsilə öz hesabını iOS və Android də daxil olmaqla digər cihazlarla sinxronlaşdıra bilər


Biznesini avtomatlaşdırma haqqında suallarınız var? Gəlin müzakirə edək!

OPTİMA - mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə zəng etməklə və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27