WhatsApp tətbiqini yeni cihaza quraşdırarkən bulud hesabı üzərindən söhbətləri köçürməyə ehtiyac qalmır. Artıq iki cihaz arasında söhbət transferi mümkün olacaq.
Bu gün WhatsApp proqramını yeni cihaza quraşdırmaq istədiyiniz zaman söhbətlərinizi Google Drive vasitəsilə köçürməlisiniz. Yaxın gələcəkdə buluda ehtiyac olmadan söhbət transferi mümkün olacaq.
WhatsApp 2.23.9.19-un beta versiyasında aşkarlanan yeni funksiya iki cihaz arasında söhbəti daha asan köçürməyə imkan verir. Cihazlarını tez-tez dəyişən istifadəçilərin Google Drive asılılığı da aradan qaldırılır.
İki cihaz arasında söhbətin ötürülməsi QR kodunun skan edilməsi ilə başlayır. Təfərrüatlar aydın olmasa da, köçürmələrin Wi-Fi Direct texnologiyası üzərindən edildiyi və media əlavələrinin də köçürmədə yer aldığı təxmin edilir. Bu funksiya hələ beta mərhələsində olduğu üçün nə vaxt istifadəyə veriləcəyi məlum deyil.