Keçdiyimiz aylarda Elon Musk-ın 44 milyard dollar qarşılığında Twitter-ı alması gündəm olmuşdu. Twitter gəlirlilik baxımından və aylıq aktiv istifadəçiləri 3 milyarda yaxınlaşan Facebook və ya aylıq 2 milyarddan çox aktiv istifadəçisi olan bir YouTube deyil. Nəinki bu iki nəhəng, istifadəçi sayına görə Instagram, TikTok, Telegram, böyük ehtimalla adını heç vaxt eşitmədiyiniz QQ, Weibo və Qzone-dan aşağıda 17-ci yerdədir. Bizim təxminlərimizdən bir az aşağıdır deyilmi? Oysa ki, daha "əhəmiyyətli" görünür. Bəlkə potensial olaraq həqiqətən də elədir.
Hətta Elon Musk-ın özü də 13 Apreldə təklifini göndərdiyi rəsmi məktubdakı son iki cümləsində belə deyir: “Twitter böyük potensiala malikdir. Mən onun kilidini açacağam.”
Satınalma prosesinde birçox hadisə oldu. Əvvəlcə, Twitter-in botlarla dolu olduğunu iddia edərək satın almaqdan vaz keçdi və Twitter onu məhkəməyə verdi. Məhkəmənin başlamağına az qalmışdı ki, Elon Musk bir dəfə də fikrini dəyişdi və başlanğıcda razılaşdıqları qiymətə satın alacağını dedi. Tesla və SpaceX-in baş direktoru fikrini niyə dəyişdiyi sadəcə bir tweet ataraq dedi.
"Buying Twitter is an accelerant to creating X, the everything app." Onun sözlərinə görə, Twitter-i əldə etmək X yaratmaq üçün sürətləndirici olacaq. X deyəndə isə "hər şey proqramı"-nı nəzərdə tutur.
Bəs bu "hər şey proqramı" nə deməkdir?
Musk bu barədə, istifadəçilərə mesajlaşma, status paylaşma, ödəniş və alış veriş kimi birdən çox xidmət təqdim edən Çin mənşəli WeChat proqramından ilham aldığını deyir.
Sözü gedən proqramlar əslində “superapps” və ya “mega apps” adlanır. Xüsusilə Asiyada çox məşhur olan bu proqramlar arasında WeChat, AliPay, Go-jek, Grab, Paytm, Zalo və Tinkoff kimi nümunələr var.
WeChat 1 milyard aylıq istifadəçisi olan ilk və ən populyar super proqramdır. WeChat “hər şeyin proqramı” olması hədəfi ilə ilərləyir və bu yöndə inkişaf edir və bunu etməyə çalışan tək proqram da deyil. CNBC-nin Çin müxbiri deyir ki: “Əgər Çində yaşayırsınızsa WeChat və AliPay-i gündə ən az bir dəfə istifadə etməyən bir insan tapa bilmərsiz”
2022-ci ilə qədər 6 milyondan çox mobil telefon proqramı var. 6 milyon tətbiqdən yalnız bir neçəsi "super proqram" adlandıra biləcəyimiz xüsusiyyətlərə malikdir. 8 ölkədə (Sinqapur, Malayziya, Kamboca, İndoneziya, Myanma, Filippin, Tayland və Vyetnam) fəaliyyət göstərən Grab proqramı, Hindistanda PayTM proqramını, Cənubi Koreyada Kakao Talk proqramını və nəhayət Çində AliPay və WeChat proqramı bütün bunlar "super proqram" kateqoriyasındadır.
Coğrafiyaya diqqət yetirdiniz? Hamısı Asiya ölkələrindən olan bu “hər şeyi edə bilən” proqramlar. Və bu tərz formatı həmin zonada daha populyardır. Yaxşı, Qərbdə “hər şey proqramı” olmağa çalışan mobil proqramlar yoxdurmu? Əlbəttə, var.
Facebook və indilərdə İnstagram bunu qismən sınayır. Facebook sosial media proqramı kimi başladı, lakin sonradan ona bir çox funksiyalar əlavə etdi. Başlanğıcda yalnız foto paylaşmaq yaradılan İnstagram indi həm mesajlaşma, həm fotolar, TikTok kimi viral videoları yükləmək üçündür.
Bu və buna bənzər başqa superapp cəhdləri də oldu lakin heç biri Asya ölkələrindəki qədər tutmadı. Bunun başlıca səbəblərindən biri əhalidir. Dünyanın yarısından çoxu bu zonada yaşayır. Dünayın ən çox mobil telefon istifadə edən ilk 20 ölkəsindən sadəcə 2 dənəsində (Çin və Hindistan) digər 18 ölkənin toplamından daha çox mobil telefon var.
Daha əhəmiyyətli səbəb isə məcburiyyətdir. Çində bəzi sosial media və mesajlaşma proqramları qadağan edilib. Bəziləri deyəndə, demək olar ki, bütün bildiklərimiz. Məsələn, Siqnal və ya Whatsapp və ya Twitter, Facebook və əlbəttə ki, Google yoxdur. Başqa sözlə, rəqabət yoxdur. Bütün bunları araşdıran və sahib olduqları xüsusiyyətləri özünə əlavə edən WeChat var.
Elon Musk-ın Twitter-ı almaqdakı əsas məqsədi onu Qərb-in ilk uğurlu “super proqramı” halına gətirməkdir. Digər mövzularda davranışları müzakirələrə səbəb olsada, biznes və ticarətdə möhkəm təcrübəyə malikdir. PayPal-dan Tesla-ya, SpaceX-ə qədər bir çox yeniliklərə imza atan bu texnologiya milyarderi dünyanın ən nüfuzlu və dəyərli şirkətlərinin qurulmasında mühüm rol oynayıb.
Musk-ın "X" sevgisi yeni deyil. O, raket şirkətinə SpaceX adını verdi. Teslanın ən böyük avtomobili, Model X-dir. Onun hətta uşaqlarından birinin (X Æ A-12) adında X hərfi var idi. Əvvəlki kommersiya müəssisələrindən biri, 1999-cu ildə həmtəsisçisi olduğu onlayn bank da X.com adlanırdı, sonradan baş verən bəzi satınalmalarla və birləşmələrlə adı Paypal şəkildə dəyişdirildi. Lakin Elon Musk X-dən əl çəkmədi. O, 2017-ci ildə PayPal-dan onun "böyük duyğusal dəyəri" olduğunu deyərək X.com domen adını geri alıb.
Bu sayt hazırda açıqdır. X.com-a girsəniz, hətta İlon Maskın orada qoyub getdiyi kiçik x hərfini görə bilərsiniz.