Tesla, keçən ilin sonunda Optimus kod adlı insanabənzər robot Tesla Bot-u rəsmi təqdim etdi. Təqdimatdan çox keçməsə də, Tesla Botun inkişafını göstərən yeni video paylaşılıb. Paylaşılan videoya baxdığımızda Tesla Botun cəmi bir neçə ayda böyük bir inkişaf yaşadığını görməsəkdə, ancaq prosesin möhkəm addımlar atdığını anlayırıq.
Videoda Tesla-nın ilk tizerlərində gördüyümüz bəzi büdrəmələrə yol vermədən (yavaş-yavaş) irəliyə doğru gedən istehsala hazır şassi kimi görünən Tesla Botlarının yeni görüntüləri göstərilir. Görünür, robotlar əşyaları götürmək və obyektləri tanımaq kimi başqa işləri də görə bilir. Musk bu videonu səhmdarların iclasında paylaşdı və görüntülərin cəmi bir gün əvvəl bir araya gətirildiyini iddia etdi.
İnsanabənzər robot kimi dizayn edilmiş Tesla Botu ilk dəfə keçən il şirkətin süni intellekt günü tədbirində göründü. O vaxt Tesla səhnədə hər hansı bir əl işi etməyi bir yana qoyaq, robotun çətinliklə yeriyən versiyası təqdim edilmişdi. İndi Tesla yavaş da olsa, müstəqil hərəkət edə bilən robotlar nümayiş etdirir.
Videoda Tesla Bot layihəsinin bəzi xüsusi yenilikləri, o cümlədən mühərrikin fırlanma momentinə nəzarət, ətraf mühitin tədqiqi və yadda saxlanması, insan tərəfindən izlənilən hərəkətlərdən süni intellekt təlimi və obyektlərin manipulyasiyası diqqəti çəkir. Tesla Botun bir konteynerdən əşyaları götürərək ikinci konteynerə qoyması göstərildi. Ancaq bu vəziyyətdə belə deyə bilərik ki, Tesla Botun getməli olduğu çox yol var. Bununla belə, cəmi 7 ay ərzində əldə edilən inkişaf Maskın arzularının uzaqda olmadığını göstərir.